ABŞ Dövlət katibi Hillari Klinton və Müdafiə naziri Robert Qeyts Seuldadır

img

21-07-2010 [12:31]


ABŞ Dövlət katibi Hillari Klinton və Müdafiə naziri Robert Qeyts Cənubi Koreyaya rəsmi səfər edib. Səfərdə məqsəd Koreya yarımadasında yaranan gərginliklə əlaqədar Seula dəstəyini nümayiş etdirməkdir. Belə ki, rəsmi Seul mart ayının sonlarında hərbi gəmisinin Sarı dənizdə batmasına və 46 dənizçinin ölməsinə görə Şimali Koreyanı günahlandırır. Beynəlxalq araşdırmalar da hərbi gəminin Şimaldan atəşə tutulduğunu müəyyənləşdirib. Rəsmi Pxenyan isə gəminin batması ilə hər hansı əlaqəsinin olmasını inkar edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA