Prezident ilham Əliyev Misirin neft nazirini qəbul edib

img

07-07-2010 [02:40]


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 7-də Misirin neft naziri Samih Fehminin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı Azərbaycanla Misir arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirib. Bu yaxınlarda Misirin xarici işlər nazirinin ölkəmizə səfəri zamanı səmərəli müzakirələr aparıldığını vurğulayan Prezident İlham Əliyev dost ölkələr olan Azərbaycanla Misir arasında əməkdaşlığı bütün sahələrdə daha da inkişaf etdirməyin zəruriliyini bildirib. Misirin neft naziri Samih Fehminin ölkəmizə səfərinin enerji sahəsində əlaqələri inkişaf etdirmək üçün yaxşı fürsət yaratdığını qeyd edən Prezident İlham Əliyev qonağın Bakıda keçirəcəyi görüşlər zamanı birgə fəaliyyət üçün məsələlərin müzakirə ediləcəyinə ümidvar olduğunu vurğulayıb. Misirin neft naziri Samih Fehmi ölkəmizə səfərinin yenicə başlamasına baxmayaraq, burada gördüklərindən təəssüratlandıqlarını vurğuladı. Ölkələrimiz arasında əlaqələri genişləndirmək üçün maraqlı planların olduğunu deyən Misirin neft naziri onların həyata keçiriləcəyinə əminliyini ifadə edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA