MHP sədri güllələnən vəkillə bağlı sualı cavablandırmadı - FOTO

img

07-10-2025 [15:51]


MHP lideri Dövlət Baxçalı parlamentdəki qrup toplantısından sonra dünın İstanbulda tıxacda güllələnərəköldürülən vəkil Serdar Öktemin qətli ilə bağlı sualı cavablandırmaqdan imtina edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, keçmiş Ülki Ocakları başqanı Sinan Ateşə sui-qəsd işi üzrə cinayət törətməkdə ittiham olunan öldürülmüş vəkillə bağlı jurnalistin "Əfəndim,  dünən İstanbulda Serdar Öktem adlı vəkil sui-qəsdlə öldürüldü. Bu hadisəyə münasibətininiz bilmək istərdik", -sualına əlini havaya qaldırıb "kənara çəkil" mənasını verən jest edib.

Xatırladaq ki, keçmiş Ülkü Ocakları başqanı Sinan Ateşin qətli ilə bağlı açılan cinayət işində 22 müttəhimləbir yerdə adı olan, lakin tutuqsuz prosesi davam edən vəkil Serdar Öktəm dünən 7 güllə ilə maşınında öldürülüb.

Firudin Səfərli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA