Ərdoğan: "Türkmənistanı TDT-də tamhüquqlu üzv kimi görmək istəyirik"

img

07-10-2025 [14:58]


Türkiyə 15 dekabrın Dünya Türk Dili Ailəsi Günü kimi qeyd olunmasını təklif edib.

Mia.az xəbər verir ki, bu təkliflə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 7-də Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə çıxış edib.

O, oktyabrın 30-dan etibarən Səmərqənddə keçiriləcək UNESCO-nun 43-cü Baş Konfransında bu təklifin səsləndirilməsini tövsiyə edib.

"Macarıstanın müşahidəçi kimi TDT-də iştirakı bizi xoşbəxt edir. Şimali Kipr Prezidenti Ersin Tatarın da aramızda olmasından olduqca şadam. Türk dünyasının Kipr türklərini tək qoymamasını məmnunluqla izləyirəm", - Türkiyə Prezidenti vurğulayıb.

Ərdoğan Türkmənistanın da yaxın dövrdə TDT-də tamhüquqlu üzv kimi görmək istədiklərini bəyan edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA