Ərdoğan Putinə zəng edib: "Diplomatik təşəbbüsləri artırmağa hazırıq"

img

07-10-2025 [18:06]


 

Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinə telefonla zəng edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ərdoğan telefon zəngində 73 yaşını tamamlayan Rusiya liderini təbrik edib.

Daha sonra tərəflər ikitərəfli əlaqələr, regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi apaırblar.

Ərdoğan Qəzza ilə bağlı son vəziyyətdən danışıb,  Ukrayna-Rusiya müharibəsində ədalətli və daimi sülh üçün diplomatik təşəbbüsləri artırmağa hazır olduğunu deyib.

Firudin Səfərli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA