iyulun 22-si Metyu Brayzanın Azərbaycana səfir kimi namizədliyinə baxılacaq

img

20-07-2010 [11:05]


ABŞ Senatının Xarici Münasibətlər üzrə Komitəsi iyulun 22-də keçiriləcək dinləmələr zamanı senator Cin Şahinin sədrliyi ilə bir sıra ölkələrə göndəriləcək səfir namizədlərini nəzərdən keçirəcək. Bunların arasında Bosniya və Hersoqovina, İslandiya və Yunanıstanla yanaşı, Azərbaycana təyin ediləcək namizəd də var. Xatırladaq ki, bu il mayın 26-da prezident Barak Obama Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini, ATƏT-in Minsk Qrupunun sabiq həmsədri Metyu Brayzanı Azərbaycana səfir kimi namizəd görüb. Bu gün keçiriləcək dinləmələrdə isə Türkiyəyə Frensis Rikardonun səfir təyin edilməsi ilə bağlı məsələyə baxılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA