Laçın və Kəlbəcərin qaytarılması məsələsinin müzakirə edildiyi inkar edilir

img

16-07-2010 [09:29]


Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Azərbaycanla Laçın və Kəlbəcərin qaytarılması məsələsinin müzakirə edildiyini inkar edir. Qeyd edək ki, bu barədə məlumatı ötən gün keçirilən mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov vermişdi. Onun sözlərinə görə, Ermənistan tərəfi vaxtilə Kəlbəcər və Laçının qaytarılması üçün 10 il, Azərbaycan tərəfi 1 il vaxt tələb edirdi. ?Biz 5 il ərzində bu rayonların Azərbaycanın tərkibinə qayıtmasına razılıq vermişik. Amma Ermənistan bu məsələləri yenidən müzakirəyə çıxarıb?, - deyə E. Məmmədyarov vurğulayıb. Nazir deyib ki, Rusiya tərəfi bəzi təkliflər irəli sürüb və bu təkliflər Sankt-Peterburq görüşündə müzakirə olunub: ?Bunlar təklifdir və bu müddətdə çox təkliflər olub. Rusiya tərəfi istəyir ki, nizamlanma prosesində bəzi irəliləyişlər olsun və ona görə bu təklifləri verir. Amma Azərbaycan üçün də çətindir. Biz elə fikirləşirdik ki, artıq razılığa gəlmişik, məsələ həll olunub. Dediyimiz 5 il müddəti Madrid prinsiplərində də əks olunmuşdu. Amma məsələ Ermənistanın mövqeyinə görə uzanır və Rusiya indi tərəflərin mövqelərini yaxınlaşdırmağa çalışır. Bu istiqamətdə işləmək çətindir. Əgər hansısa məsələlərdə razılığa gəliriksə, sonrakı prosesdə həmin məsələlər yenidən müzakirə olunursa, proses kifayət qədər çətinləşir?. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan isə ölkəsinin ictimai teldeviziyası ilə çıxışında buna belə reaksiya verib: ?Bu, tamamilə yalandır. Erməni tərəfi Azərbaycanla heç vaxt Laçın və Kəlbəcər rayonlarının qaytarılması məsələsini müzakirə etməyib. Bu məsələ prezidentlərin Sankt-Peterburq görüşündə də müzakirə olunmayıb?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA