25-05-2017 [19:51]
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev "Tikintiyə icazələrin verilməsi üzrə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Fərman imzalayıb.
Qanuna edilmiş dəyişiklikləri İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitiki Nicat Hacızadə şərh edib.
N.Hacızadə Azərtac-a bildirib ki, yeni Fərman tikinti fəaliyyəti ilə məşğul olan sahibkarların fəaliyyətini bir qədər də sadələşdirəcək.
"Qanuna edilən dəyişikliklər sahibkarların tikinti aparmasını daha da asanlaşdıracaq və tikinti ilə məşğul olan şəxslərin fəaliyyətini bir qədər də stimullaşdıracaq. Belə ki, Qanuna əlavə edilən 75.1-1-ci yarımbəndə əsasən, sifarişçi sahibkar tikintiyə icazə üçün müraciət etməzdən əvvəl icazə parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) öyrənmək məqsədilə müvafiq icra hakimiyyəti orqanına müraciət edə bilər və sözügedən qurum müraciəti 10 gün müddətində cavablandırmalıdır. Qanuna edilən dəyişikliklərin daha bir özəlliyi tələb olunan günlərin azaldılmasıdır ki, bu məcəllənin 75.3 və 75.4 –cü bəndində qeyd edilib. Maddələrə əsasən, müvafiq icra hakimiyyəti orqanına tikintiyə dair ərizə və tikinti layihəsinin təqdim edildiyi zaman 5 iş günündən 3 iş gününə azaldılıb. Habelə müvafiq icra hakimiyyəti tərəfindən tikintiyə icazə ilə fəaliyyət sferasına toxunulan aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu 15 gün müddətindən, layihəsi ekspertizadan keçirilməsi tələb olunmayan obyektlərə münasibətdə 5 günə endirilib".
Bundan əlavə, texniki şərtlərin və həmin texniki şərtlərlə bağlı layihə sənədlərinin "ASAN Kommunal"a verildiyini qeyd edən Nicat Hacızadə, bunun tikinti sahəsində sahibkarların fəaliyyətinin daha intensivləşməsinə, şəffaf və etibarlı mühitin daha da möhkəmlənməsinə xidmət etdiyini əlavə edib.
"Məcəlləyə edilən dəyişiklər texniki şərtlərin və layihə-smeta sənədlərinin "ASAN Kommunal" mərkəzlərinə verilib ki, bu proses sənədləri sahibkarların daha sürətli şəkildə əldə etməsi ilə nəticələnəcək. Beləliklə, Prezidentin Qanuna etdiyi dəyişiklik tikinti sektorunda daha da canlanma yaradacaq və tikinti icazələrinin verilməsi indikatoru üzrə Azərbaycanın mövqeyinin beynəlxalq reytinqlərdə, xüsusilə "Doing Business" hesabatında yüksəlməsini bir qədər də sürətləndirəcək".
Lucas Hernandez AVRO-2024-də oynaya bilməyəcək
"Qalatasaray"ın canlı əfsanəsi peşman olub: "Kasilyas dedi ki, həyatımı məhv etdin..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - FOTOLAR
Gürcüstan parlamentinin qarşısında polislə etirazçılar arasında toqquşma olub - Saxlanılanlar var
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Nazir Vüqar Hüseynovu da yola salacaq? - KTN-nin mətbuat xidmətində yeni təyinat oldu
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir ilə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində
Zəlimxan Məmmədli Gürcüstana getdi: "Bu günə şükür..." - FOTOLAR
“Azərikard”ın baş direktor müavini şirkətdən ayrılıb
Sabahın hava proqnozu açıqlandı
“Xalçalarda yaşayan tariximiz” adlı sərginin açılışı olacaq
“Alatava” ilə bağlı son qərar verildi - VİDEO
İcra başçısının qardaşı oğlu: “Atamı bu hərəkətinə görə öldürdüm” - Sabiq rəisin qətliylə bağlı sensasion ifadə
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi - Səbəb
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə - FOTOLAR