ABACEELi və HQA üzvləri ABŞ rəsmiləri ilə görüzüblər

img

14-07-2010 [03:56]


USAİD və ABACEELİ-nin təşkilatçılığı ilə 4 İyun 2010-cu ildə HQA ABŞ-ın dövlət katibi Hillari Klinton və Qlobal Qadın problemləri üzrə ABŞ səfiri Melanne Verveer ilə görüşdü. Görüşdə ABACEELİ-nin prezidenti Deyv Rubino, ABACEELİ-nin hüquqşünası və HQA üzrə Baş məsləhətçi Nərmin Kərimbəyova, HQA-nın idarə heyəti: Şəlalə Vəliyeva, Dürdanə Bağıyeva və Vəfa Mamedova və layihə koordinatorları iştirak etdi. İlk görüş Melanne Verveer ilə oldu. Görüş Hyatt Regency-də başladı. Bir saatdan çox davam edən görüşdə ölkəmizdə olan qadın problemləri, onların həlli haqqında danışıldı. ?Qadınlardan qadınlara? layihəsinin koordinatoru Səbinə Qəhramanova layihəsi çərçivəsində bu problemlərin aradan qaldırılması üçün görülən işlərdən məlumat verdi, broşurlar, fotolar göstərildi. HQA-nın ?İnsan Alveri qurbanlarına hüquqi yardım? layihəsinin koordinatoru Nigar Hüseynova layihə çərçivəsində görülən işlər haqda bəhs etdi. ABACEELİ-nin ?Canlı Hüquq? proqramı haqqında və həmin proqram əsasında yaradılmış Canlı Hüquq Məzunlar Birliyi haqqında məlumatı HQA-nın vise-prezidenti Şəlalə Vəliyeva verdi. Görüşdən sonra Hillari Klinton üzvlərlə görüşüb hər bir üzvlə tanış oldu. Sonda təşkilatın işlərində uğurlar arzuladı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA