Yeddi Dövlət ? Bir Millət bayraq meydanı açılır

img

28-06-2010 [02:38]


gn=left]2010/bayrakmeydani.jpg[/libt]Türkiyənin Bursa şəhərində Yeddi Dövlət ? Bir Millət Bayraq Meydanının açılışı olacaq. Tədbirdə yeddi bağımsız Türk dövlətinin Türkiyədəki səfirliklərinin nümayəndələri, ayrı-ayrı ictimai qurumların təmsilçiləri və sənət adamlarının iştirakı nəzərdə tutulur. Tədbir Bursadakı Yıldırım bələdiyyəsinə aid ərazidə, bu bələdiyyə binasının önündəki meydanda baş tutacaq. Təşəbbüsün icraçılarının verdiyi xəbərə görə həmin gün saat 18.00-da başlayacaq tədbirdə öncə mehtər marşları səsləndiriləcək, ardından bayraq meydanının açılışını gerçəkləşdirmək üçün lent kəsiləcək, bundan sonra da yeddi bağımsız Türk dövlətinin ? Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Quzey Kıbrıs, Özbəkistan, Türkiyə və Türkmənistanın bayraqları yüksəldiləcək. Rəsmi çıxışların nəzərdə tutulduğu etkinlikdə ünlü ozan Araz Elsəs və sənətçi Orhan Hakalmazın iştirakı ilə konsertin düzənlənməsi də proqrama daxildir. Konsertdən sonra tədbir Yıldırım Bələdiyyəsinin Barış Manço Kültür Mərkəzində təşkil edəcəyi Aşıqlar Etkinliyi ilə davam edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA