02-05-2017 [15:21]
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Fuad Əhmədlinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
F. Əhmədli ittihama münasibət bildirərək, özünü təqsirli bilməyib. O, evindən Fətullah Gülənə aid kitabların aşkar olunmasını da təkzib edib və bu işlə heç bir əlaqəsi olmadığını deyib.
F. Əhmədlinin vəkili Əshabəli Mustafayev vəsatətlə çıxış edib və məhkəmə proseslərinin audio-video çəkilişlə aparılmasını istəyib.
Vəkil bildirib ki, "Azərfon" MMC-nin icraçı direktoru Ken Makleni 15 avqust 2016-cı ildə Dövlət Təhlükəsizlik Xidmətinə məktubla müraciət edib, lakin həmin məktubun tarixi saxtalaşdırılıb.
Vəkil Ken Maklenin məhkəmədə əlavə şahid qismində dindirilməsi haqqında da vəsatət verib.
Məhkəmə kollegiyası prosesin video çəkilişlə aparılması barədə vəsatəti təmin etməyib, prosesə əlavə şahidlərin çağırılması barədə vəsatəti isə baxılmamış saxlayıb.
Sonra zərərçəkmiş şəxs qismində Məhəmməd Quliyev ifadə verib.
O, F. Əhmədlini tanımadığını deyib: "Fuad Əhmədlinin əmisi oğlu Əlağanın dostunun restoranında aşbaz işləmişəm. Həmin vaxt mənim maaşla bağlı problemim yaranmışdı, buna görə də işdən çıxaraq yaşadığım Masallı rayonuna getmişdim. Əlağa Fuad Əhmədlinin vasitəsi ilə yerimi müəyyən edib və məni axtarışa vermişdi. Buna görə çox mənəvi sarsıntı keçirdim. Mənim Fuad Əhmədliyə qarşı heç bir şikayət və tələbim yoxdur".
F. Əhmədli isə qeyd edib ki, zərərçəkmiş M. Quliyevlə bağlı əmisi oğluna dəqiq məlumat verməyib:
"Əmim oğlu mənə mesaj yazdı və bildirdi ki, bu şəxsin yerini ona deyim. Əlağanın əl çəkməyəcəyini bildiyim üçün heç bir araşdırma etmədən özümdən ona mesaj yazdım ki, ya uzaq yerdədir, ya da ölkədən kənardadır. Zərərçəkmişin isə həmin vaxt Qəbələnin Vəndam qəsəbəsində olması bir daha sübut edir ki, ona yalan məlumat vermişəm".
Digər zərərçəkmiş Samir Xəlilov isə ifadəsinə deyib ki, səhvən başqa nömrəyə zəng vurub, lakin sonra axtarışa verildiyini eşidib: "Yanlış nömrə olduğu üçün xanımdan üzr istədim, telefonu söndürdüm. Bundan sonra axtarışa verildiyimi eşitdim. Fuad Əhmədli mənim şəxsi işimlə bağlı məlumatları səhvən zəng etdiyim qızın nişanlısına verib. Bununla yanaşı, ona qarşı heç bir şikayət və tələbim yoxdur".
Proses mayın 11-də davam etdiriləcək.
Qeyd edək ki, Fuad Əhmədli 2016-cı il avqustun 18-də saxlanılıb. Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluğun birgə yaydığı məlumata görə, Fuad Əhmədli "Azərfon” MMC-də çalışdığı müddətdə abonentlərin şəxsi məlumatlarını üçüncü şəxsə ötürüb.
Həmçinin bildirilib ki, Fuad Əhmədlinin mənzilində axtarış zamanı din xadimi Fətullah Gülənin çıxışlarının olduğu kitablar, CD-disklər tapılıb. Fuad Əhmədli Cinayət Məcəlləsinin 302 (əməliyyat-axtarış fəaliyyəti üzrə qanunvericiliyi pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edilir.
APA
AZƏRBAYCAN QADINI - Qulu AĞSƏS YAZIR
Xarici İşlər Nazirliyi məlumat yayıb
Trampdan İran prezidentinin üzrünə reaksiya: "Minilliklər ərzində ilk dəfədir ki, İran Yaxın Şərq ölkələrinə uduzur"
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?