AZƏRBAYCAN QADINI - Qulu AĞSƏS YAZIR
07-03-2026 [18:22]
Qulu Ağsəs
***
Martın 8-ni dünyanın hər yerində qeyd edirlər - kəndimizdən haşqa. Həmin gün bizim xanımlar, adəti üzrə, ərlərinin qulluğunda durur, obaşdan çayın-çörəyin verir, günortalarına soyutma kartof-yumurta tədarük eləyir, axşam darvazadan girən təki əlinə su tökür, ayaqlarını təndirdən pörşələnə-pörşələnə çıxmış vedrəyə salır, kürəyini ovur, belinə banka qoyurlar. Kişilər də, bir qayda olaraq, arvadlarını söyür, hədələyir, qayınlarını ələ salır, uşaqlarını dayılarına oxşamamağa çağırırlar.
Bu, bütün kənddə belədi; amma hamının ailə gizlinləri qaya koluyla çəpərlənib, ordan kənara atlanmır. Bir kopolu arvadından, bir kopakqızı ərindən eşiyə informasiya sızdırmaz. Bu qanunların yaşı mixi yazılardan çox qədimdi və onu pozmağa kimsə cürət eləməz. Odur ki, ömrünün yarısını şəhərdə keçirmiş otuz yaşlı avropalı bəndənizin də az qala əsrin yaşıdı anasını bir dəstə gülə qonaq eləməyə ixtiyarı çatmır.
"Şarrr!" - hər gün ayağımı blokdan çölə qoyanda arxamca atılan suyun səsini eşidirəm: "Allah, sən balamı şərdən qoru, yazıqdı". Anam Allahdan başqa heç kəsin yanında "mənim balam" sözünü dilinə gətirməz, qanundan qorxur, üstəlik, inanır, özü də möhkəm inanır ki, oğlu həm də Allahın balasıdı, yoxsa məni təkbaşına böyüdüb ayağa qaldırmağa gücü çatmazdı. Əvvəllərsə anamın "ev Allahı" da varmış (mən görməmişəm). Anam onunçün səkkiz uşaq doğub, bacısı uşaqlarına qulluq eləyib, körpələrdən ikisi rəhmətə gedəndə günahın hamısını özündə görüb, "Allah" evdən gedəndə tənbəki qutusunu götürüb, onun ətrini tütündən alıb və o alandı...
Atam anamın heç vaxt adını çəkməyib, onu "a kişi", "ay uşaq", kefi lap kök olanda hərdən "Allah yaratmış" çağırıb. Anam özünə görə bir kişi olsa da, heç vaxt "Allahlıq" iddiasına düşməyib, atamın boş taxtına göz dikməyib, övladlarını ərinin adıyla böyüdüb...
"Çıx get dədən öyünə, üç gündən sonra gələrsən!.." - Atam son nəfəsində anama belə əmr eləyib...
"Məni qovursan?" - Anam ömründə bircə yol ərinə belə cavab qaytarıb. Sonralar başa düşüb ki, kişi yasın ilk günləri onun əl-ayaq altda qalmasından narahatmış, ona acıyırmış, yazığı gəlirmiş, bəlkə də, son nəfəsində indiyəcən hiss elətdirmədiyi, dilinə gətirmədiyi sevgisini açırmış...
"Pensiyamı al, özümə gətir!" - Anamdan çıxmayan iş, xeyir ola, təqaüdün adını tutur?
"Özümə xalça alacam, məni ona bükərsiz..."
Mən də neçə aydı döşümə döyürdüm ki, anama deyəcəm, Prezident təqaüdündən sənə nə alım...
(Mart, 2000)
MİA.AZ
8 Mart – Beynəlxalq Qadınlar Günü haqqında 10 maraqlı fakt
AZƏRBAYCAN QADINI - Qulu AĞSƏS YAZIR
Xarici İşlər Nazirliyi məlumat yayıb
Trampdan İran prezidentinin üzrünə reaksiya: "Minilliklər ərzində ilk dəfədir ki, İran Yaxın Şərq ölkələrinə uduzur"
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR