AiDP sədri Hillari Klintonu ədalətsizlikdə suçladı

img

06-07-2010 [12:53]


?Bəziləri belə hesab edir ki, ABŞ dövlət katibi Hillari Klintonun Azərbaycana gəlişi ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələnin başlanğıcı olacaq. Amma mən belə fikirləşmirəm. Hillari xanımın gəlişi ilə ABŞ-ın ölkəmizə qarşı siyasətində yeni münasibətin əsas qoyulmayacaq. Əksinə, H.Klintonun çıxışlarında zərrə qədər ədalət anlamı olmadığı açıq-aşkar duyulurdu?. Bu fikirləri AİDP sədri hacı Tahir Abbaslı ABŞ dövlət katibi Klintonun Azərbaycana səfərini şərh edərkən deyib. T.Abbaslı bildirib ki, baş katibin 907-ci maddənin ləğvi və ermənilərin Qarabağı işğalda saxlaması ilə bağlı konkret fikir bildirməməsi, demokratiya haqda ağızucu danışması, daha çox biznes haqqında fikir bildirməsi əslində onun gəlişinin mahiyyətini göstərib: ?Bu davranış bir daha sübüt etdi ki, ABŞ-ı maraqlandıran Azərbaycanda demokratiyanın inkişafı, Qarabağ məsələsini ədalətli həlli deyil, enerji məsələsidir?. Klintonun Bakıda əsasən Əfqanıstana yük daşınması və İranla bağlı danışıqılar apardığını deyən, T.Abbaslının sözlərinə görə, ABŞ dövlət katibinin İrəvanda qondarma soyqırımı abidəsini ziyarət etməsini də önə çəkdi. Onun fikrincə, Klinton bu addımı ilə Türkiyə-Ermənistan məsələsində ABŞ-ın ikincinin yanında olduğunu göstərmiş oldu.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA