Məmmədyarov Nalbandyanla Laçın və Kəlbəcərin izğaldan azad edilməsi müddətini müzakirə edəcək

img

09-07-2010 [12:27]


İyulun 16-17-də Almatıda ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi sammitində Azərbaycan və Ermənistan xarici siyasət idarələrinin rəhbərlərinin görüşü olacaq. Bunu jurnalistlərə müsahibəsində xarici işlər naziri Elmar Məmmədyarov bəyan edib. O bildirib ki, görüşün dəqiq tarixi məlum deyil: ?Görüş iyulun 16-da, yaxud da bir gün sonra keçirilə bilər. ATƏT-in Minsk qrupunun həmsədrləri hazırda görüşün tarixini dəqiqləşdirməklə məşğuldur?. Elmar Məmmədyarov Edvard Nalbandyanla görüşündə Azərbaycan tərəfinin əsasən Laçın və Kəlbəcərin işğaldan azad edilməsi müddətinin müzakirə etmək istədiyini deyib. Dağlıq Qarabağ ətrafındakı digər işğal altında olan rayonların boşaldılması məsələsinə gəldikdə isə nazir bildirib ki, bu proses sülh sazişi imzalandıqdan dərhal sonra başlayacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA