27-04-2017 [12:42]
Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 30-da 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.
DİM-in mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 66 binada aparılacaq. İmtahanların idarə olunmasına 237 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2637 nəzarətçi-müəllim cəlb olunacaq.
Bütün regionlarda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. İmtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılmış, imtahan binalarının girişlərində təhlükəsizliyin və buraxılış rejiminin operativliyinin təmin edilməsi üçün "stasionar metal axtaran aparat”lar quraşdırılmışdır. İmtahan mərkəzlərinə təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahandan bir gün əvvəl Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarının iştirakı ilə son baxış keçiriləcək və bütün imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.
Məlumat üçün bildirək ki, imtahanda 35433 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 18681 abituriyent II qrup üzrə, 16752 abituriyent III qrup üzrə imtahan verəcək.
Abituriyentlərdən 32089 nəfəri Azərbaycan bölməsinin (II qrup üzrə 16612, III qrup üzrə 15477 nəfər), 3344 nəfəri isə rus bölməsinin (II qrup üzrə 2069, III qrup üzrə 1275 nəfər) məzunudur. Abituriyentlərin 16233 nəfəri oğlanlar (II qrup üzrə 11687 nəfər, III qrup üzrə 4546 nəfər), 19200 nəfəri isə qızlardır (II qrup üzrə 6994 nəfər, III qrup üzrə 12206 nəfər). 26778 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 8655 nəfər əvvəlki illərin məzunlarıdır (buraya ali və ya orta ixtisas təhsili olanlar da daxildir). 49 nəfər ali təhsil müəssisələrinin, 1342 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 177 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1961-ci ildən, ən gənci isə 2002-ci ildəndir.
Bakı şəhərində 15617, Naxçıvanda 1618, Gəncədə 3746, Sumqayıtda 1678, Mingəçevirdə 1471, Şəkidə 2064, Bərdədə 2313, Göyçayda 1401, Şirvanda 1697, Lənkəranda 2376, Xaçmazda isə 1452 abituriyentin imtahan verəcəyi gözlənilir.
İmtahanın gedişini işıqlandırmaq üçün 65-dək KİV nümayəndəsi DİM-də akkreditasiyadan keçib.
Bu imtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər aprelin 20-dən etibarən DİM-in internet saytına daxil olaraq "İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara "Yaddaş kitabçası” da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.
Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- şəxsiyyəti təsdiq edən sənədin əsli;
- "İmtahana buraxılış vərəqəsi".
- 16 yaşı tamam olmamış (şəxsiyyət vəsiqəsində şəkili olmayan) abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.
İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.
İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test suallarının ekspertizası aparılacaq. Həmin gün "Space" telekanalında canlı yayımlanan "Abituriyent” verilişində DİM-in məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda DİM-in internet saytında və Facebook səhifəsində yerləşdiriləcək.
Abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri imtahandan 3-4 gün sonra DİM-in internet saytında yerləşdiriləcək.
Nazirlik vergi borcu olan şirkətlə anlaşıb
"Göztəpə"nin oyunçusu "Əl Nəcmə" klubuna transfer olub
Azərbaycanda isti hava şəraiti davam edir
Allan Saint Maksimin yeni komandaya imza atmağa hazırlaşır
Kadırovdan Türkiyədə sensasiyalı hərəkət... - Çeçen lider özəl xəstəxanaya yerləşdirilib (AÇIQLAMALAR)
Türkiyədə "əfsanəvi başqan"ın oğlunu öldürüblər
Yəməndə miqrant qayığı batıb - 55 nəfər ölüb, itkin düşənlər var
Tərtərdə silahla insident: qazi saxlanıldı
Lionel Messi zədələnib
Sahibə Qafarova Türkmənistanda belə qarşılandı
Qəzzada daha 119 fələstinli həlak olub
Hatayda zəlzələ oldu - 3,9 bal gücündə
Dia Sabanı gözlənilməz komandaya keçib
Semih Kılıçsoy "Kalyari" ilə müqavilə imzaladı
Şabrandakı meşə yanğını söndürülüb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"News24.az" saytına xəbərdarlıq olundu
İsti hava nə vaxtadək davam edəcək? - Açıqlama
Elçin Əfəndiyev vəfat edib - 82 yaşında
Məmur olmaq istəyənlər imtahan verdi (Yenilənib)
Kamçatka sahillərində 6,8 maqnitudalı zəlzələ baş verib
"Şamaxı" və "Sumqayıt" komandaları arasında yoxlama oyunu olacaq
Azərbaycan diasporunun rəhbəri Moskvada saxlanılıb
Sabirabadda 64 yaşlı kişi azyaşlıya qarşı əxlaqsızlıq edib - Komitə araşdırmaya başlayıb
Nazir müavininin qardaşı arvadına kələk gəliblər
UEFA çətiri altında biabırçılıq - Bağlı tualetlər, bunker media otaqları, sınıq, toz basmış oturacaqlar...
Mikayıl Cabbarov: "Azərbaycan, Türkiyə və Suriyanın energetika sahəsində uğurlu əməkdaşlığı..."
Rayonlarda sağlamlıq günləri davam edir
Sabah hava necə olacaq? - Proqnoz
İnsan alverinin qurbanı olan qadınlar cəmiyyətə necə qayıdır? - DİN əməkdaşları və QHT-lər bunu müzakirə etdi
Vətənə xidmət...
Azərbaycan nefti ucuzlaşdı
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
“Salyan Aqro Park”ın işçilərinin maaşı niyə ödənilmir? - FOTO
ABŞ və Rusiya savaşacaq? - Medvedev "Rusiya İran və ya İsrail deyil" dedi, Tramp iki dənizaltı nüvə gəmisini yola çıxardı
Türkiyədə təyyarə qəzaya uğrayıb
Baş Şirvan kollektorunda iki nəfər boğulub
Fələstinli fəalı öldürən israilli sərbəst buraxılıb - Cəmi 3 gün ev dustaqlığında olub
İqtisadi Şuranın növbəti iclası keçirilib - Nələr müzakirə olunub?
Putin Lukaşenko ilə görüşdə Zelenskiyə mesaj verdi - Ukrayna lideri isə "Əgər səmimisənsə, hazıram" dedi
AFFA-da mətbuat katibi dəyişikliyi - Mia.az-ın xəbəri təsdiqləndi