Xarici izlər nazirinin müavini Vaqif Sadıqov Amerika Yəhudi Komitəsinin icraçı direktorunu qəbul edib

img

05-07-2010 [07:12]


#351;lər nazirinin müavini Vaqif Sadıqov Amerika Yəhudi Komitəsinin icraçı direktoru Deyvid Harrisin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən MIA-ya verilən məlumata görə,D.Harris Azərbaycanda gedən sürətli inkişafın şahidi olduğunu və bu səfərin Azərbaycan-ABŞ münasibətlərinin daha da inkişafına öz töhfəsini verəcəyinə əminliyini bildirmişdir. Öz növbəsində, qonağı salamlayan nazir müavini V.Sadıqov Azərbaycan-ABŞ münasibətlərinin cari vəziyyəti haqqında məlumat vermiş və ABŞ dövlət katibi xanım H.Klintonun cari ilin 4 iyul tarixində ölkəmizə baş tutmuş səfərini dövlətlər arasında münasibətlərin dərinləşməsinə təkan verəcəyinə əminliyini vurğulamışdır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verən nazir müavini V.Sadıqov regionda davamlı sülhün və sabitliyin bərqərar olması üçün münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin zəruriliyini bildirmişdir. Azərbaycanın çoxmillətli bir ölkə olduğunu bildirən nazir müavini V.Sadıqov əsrlər boyu azərbaycanlıların və bir çox millətlərin burada sülh və əmin-amanlıq şəraitində yaşadığını qeyd etmişdir. Görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparmışlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA