Azərbaycan və Portuqaliya XiN-ləri arasında ikitərəfli sənədlər imzalandı

img

15-07-2010 [05:19]


Azərbaycanda rəsmi səfərdə olan Portuqaliyanın xarici işlər naziri Luis Amado həmkarı Elmar Məmmədyarovla görüşüb. Görüşdən sonra nazirlər mətbuat üçün birgə brifinq keçiriblər. E.Məmmədyarov səfərin Azərbaycanla Portuqaliya arasında əməkdaşlığa böyük təkan verəcəyini bildirib. E.Məmmədyarov L.Amado ilə keçirdyi ikitərəfli görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həmkarına ətraflı məlumat verdiyini və görüş əsnasında ikitərəfli sənədlərin imzalandığını vurğulayıb. ?İmzalanan sənədlər Azərbaycanla Portuqaliya arasında xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin aparılması, diplomatik və xidməti pasportla malik şəxslərin vizasız gediş-gəlişin təmin olunmasından ibarətdir. Görüşdə turizm sahəsində əməkdaşlığı genişləndirmək barədə də müzakirələr aparıldı?,-deyə E.Məmmədyarov vurğulayıb. L.Amado isə qeyd edib ki, Portuqaliya Azərbaycanla münasibətləri genişləndirməkdə maraqlıdır. ?Rəsmi Lissabon təkcə bu regionda yox, Avropa regionunda da qarşılıqlı maraq doğuran məsələlərdə əməkdaşlıq etməyə maraqlıdır. Əminəm ki, bir sıra məsələlərdə gözəl əməkdaşlıq edə bilərik. Region sürətlə inkişaf edir və Avropa İttifaqı ilə əlaqələr genişlənir. Azərbaycan ?Şərq Tərəfdaşlığı? proqramının fəal üzvlərindəndir və regionun sabitliyində mühüm rol oynayır. Bu mənada Avropa İttifaqının üzvləri ilə ikitərəfli münasibətlərin inkişafı bizim üçün əhəmiyyətlidir?,-deyə portuqaliyalı nazir vurğulayıb. Görüşdə L.Amado E.Məmmədyarovu ölkəsinə dəvət edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA