Həmsədlər Bakıda prezident, müdafiə naziri, XiN rəhbəri ilə görüzəcəklər

img

05-07-2010 [11:21]


Ötən gün Bakıya gələn ATƏT-in Minsk Qrupunun həmsədləriinin bu gün görüşləri başlayıb. Robert Bratke, İqor Popov və Bernar Fasyenin müdafiə naziri Səfər Əbiyev, xarici işlər naziri Elmar Məmmədyarov və prezident İlham Əliyevlə görüşləri planlaşdırılıb. Qeyd edək ki, həmsədrlər ötən gün Bakıya İrəvandan gəliblər. Orada xarici qonaqlar Ermənistan prezidenti Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər. Bundan əvvəl isə həmsədrlər işğal altında olan Dağlıq Qarabağa səfər ediblər və separatçı rejimin rəhbərliyi ilə görüşüblər. Xatırladaq ki, həmsədrlərin regiona səfəri cəbhə xətində baş verən son insidentlərin təkrarlanmasının qarşısını almaq və Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Almatıda keçiriləcək görüşünə hazırlıq məqsədi daşıyır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA