Piter Semnebi gələn həftə Bakıya gəlir

img

24-06-2010 [04:08]


Avropa Birliyinin (AB)Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi gələn həftə Bakıya gəlir. İyunun 29-dan iyulun 1-dək davam edəcək səfər zamanı Azərbaycanla AB arasında bir sıra aktual məsələlər müzakirə olunacaq. Həmin məsələlər arasında qarşıdan gələn parlament seçkiləri, Azərbaycanla AB-ni yaxınlaşdırmaq məqsədi güdən assosiativ saziş üzərində iş, regiondakı vəziyyət, Dağlıq Qarabağda cəbhə xəttində baş vermiş son silahlı insident müzakirə olunacaq. P.Semnebinin səfər proqramı üzərində iş hələ tamamlanmayıb. O, prezident, xarici işlər naziri, parlament və seçkilərin keçirilməsi ilə əlaqədar institutların rəhbər şəxsləri ilə görüşün təşkil edilməsini xahiş edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA