Rusiya prezidenti Dmitri Medvedev ABŞ-da səfərdədir

img

23-06-2010 [12:16]


Rusiya prezidenti Dmitri Medvedev ABŞ-a səfərini San-Fransiskodan başlayıb. İyunun 23-də onun ?Twitter? internet şəbəkəsinin təsisçiləri ilə görüşəcəyi gözlənilir. Onun Kaliforniyanın ?Silikon vadisində? digər yüksək texnologiya nümayəndələri ilə də görüşəcəyi bildirilir. Medvedevin Stanford universitetində çıxışı da gözlənilir. Rusiya prezidenti ölkəsinin xam məhsul istehsalçısından intellektual mərkəzə çevrilməsini istəyir. Kaliforniyadan sonra Vaşinqtonda həmkarı Barak Obama ilə görüşdən sonra, hər iki prezident Kanadaya Böyük 8-lik və 20-liyin sammitinə gedəcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA