24-03-2017 [23:12]
Aida Eyvazlı
Mart ayının 22-si şəhid Seymur Baxışovun həyat yoldaşı Aynurə xanım günorta saatlarında telefonuma təlaşla zəng vurub dedi ki, ötən ilin aprel döyüşlərində şəhid olmuş əri, MAXE Seymur Baxışovun xatirə lövhəsini yaşadıqları 4-cu mikrorayon, 24 saylı binanın üzərinə vurmaq istəyərkən, Sumqayıt şəhər İcra Hakimiyyətindən 4 maşın dolu kişi onların başının üstünü kəsdirərək, təcili surətdə işi dayandırmağı, xatirə lövhəsinin həmin binadan vurulmasının qanunazidd hərəkət olduğunu deyiblər. Və bu dörd maşındakı 10 nəfərdən artıq kişi, qadınların üzərinə qarğa-quzgun kimi hücum çəkiblər.
Bu gün xəbər saytlarından oxudum ki, Elçin Zahiroğlu ermənilərin Azərbaycan bazarına mal çıxardıqlarının üstünü açıb və bunu sübut edəndən sonra, onun üzərinə hücuma keçənlər olub, onu şər-böhtan atmada günahlandırıblar. Lakin Elçin Zahiroğlunun əlindəki "Made in ARMENİA” yazılan faktı kimsə incələmək istəmir ki, ay dadi bidad bu torpaqlarımızın 20 faizini işğalda saxlayan, 25 ildir ki, insanlarımızı, arzularımızı məhv edən ermənilərin Azərbaycan bazarına yol açmasına kim imkan yaradıb? Bunun bir tərəfi də axı bizim ölkəmizin təhlükəsizliyinə təhlükə gətirir.
Mən heç inanmaq istməirəm ki, OVS mağazalar şəbəkəsində Elçin Zahiroğlunun şəkil çəkdiyi məqamın görüntüsünü götürmək bu qədər çətin ola bilər? Yəni OVS mağazalar şəbəkəsini idarə edənlər, dövlətimizdən güclüdürlər?! Mən inanmaq istəyirəm ki, bizim təhlükəsizlik, hüquq mühafizə orqanları sistemində hələ Vətən qeyrəti çəkən, şəhidlərimizin qanını almaq istəyən zabitlərimiz var. Və onlar, Azərbaycana ermənilərin istehsal etdiyi və ya, ermənilərin marağına uyğun olaraq Azərbaycan bazarına üzərində hərbi naxışlar olan malların kimlər tərəfindən gətirildiyini mütləq aşkar edərək, ictimaiyyətə xəbər verəcəklər. Vətənin bu müqəddəs savaşaında mücadilələr etdiyimiz halda, öz ciblərini, erməni qohumlarını düşünərək, Azərbaycana onların ticari sistemlərini yeridənlərin cəzasını verəcəklər. Biz bu torpaqlar uğrunda qan tökmüşük,can vermişik...
Bu hadisədən narahatlığımı, nahaqdan dul qalmış bir şəhid gəlininin başına gətirilənlə başlamadım... Yəni bunu xatırlatmaq lazımdırmı ki, o Seymuru da, Raqufu da, Əbsdülməcidi də... bu günə qədər minlərlə insanımızı ermənilər öldürüblər. Niyə bizim bütün "boz işlərimiz” satışdan gedir?
Nə zamana qədər satacağıq... dövlətin içərisində nə zamana qqədər sadə insanlarla alqı-satqı oyunu edəcəksiniz? Niyə bir şəhid ailəsinə bir xatirə lövhəsi vurmağa, ailəsini dolandırmaq üçün bir balaca mal tövləsi tikməyə, çadırdan çıxıb 5 sot yerdə ev tikib balalarını başına yığmağa torpaq vermirik, vəzifəli məmurların isə imartlərinin sahəsi yüzlərlə kvadratmetr ,hasarlarının hündürlüyü artıq 7-8 metrə çatır... Ancaq o hasarların ətrafından aprel döyüşlərində ataları, qardaşları, oğulları həlak olanlar da keçir...
Unutmayın ki, Azərbaycan prezidenti İlham Əliyev bizim Qalibiyyət savaşımızı qiymətləndirərək, Aprel döyüşlərində həlak olan oğullarımıza və həmin döyüşlərdə iştirak edənlərə yüksək dəyər verdi. Lütfən, bunu unutmayın!!!
Lucas Hernandez AVRO-2024-də oynaya bilməyəcək
"Qalatasaray"ın canlı əfsanəsi peşman olub: "Kasilyas dedi ki, həyatımı məhv etdin..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - FOTOLAR
Gürcüstan parlamentinin qarşısında polislə etirazçılar arasında toqquşma olub - Saxlanılanlar var
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Nazir Vüqar Hüseynovu da yola salacaq? - KTN-nin mətbuat xidmətində yeni təyinat oldu
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir ilə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində
Zəlimxan Məmmədli Gürcüstana getdi: "Bu günə şükür..." - FOTOLAR
“Azərikard”ın baş direktor müavini şirkətdən ayrılıb
Sabahın hava proqnozu açıqlandı
“Xalçalarda yaşayan tariximiz” adlı sərginin açılışı olacaq
“Alatava” ilə bağlı son qərar verildi - VİDEO
İcra başçısının qardaşı oğlu: “Atamı bu hərəkətinə görə öldürdüm” - Sabiq rəisin qətliylə bağlı sensasion ifadə
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi - Səbəb
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə - FOTOLAR