Elmar Məmmədyarov ABŞ-ın Azərbaycandakı sabiq səfiri Ross Vilsonu qəbul edib

img

14-06-2010 [02:37]


Xarici işlər naziri Elmar Məmmədyarov 2000-2003-cü illərdə ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri olmuş və hazırda Atlantik Şuranın Avrasiya ofisinin direktoru kimi fəaliyyət göstərən Ross Vilsonu qəbul edib. XİN mətbuat xidmətindən mia.az-a verilən məlumata görə, R.Vilson onu qəbul etdiyi üçün E.Məmmədyarova öz təşəkkürünü bildirərək, rəhbərlik etdiyi qurumun gördüyü işlərlə bağlı məlumat verib, qurumun siyasət, enerji, ticarət və iqtisadiyyat məsələləri ilə məşğul olduğunu diqqətə çatdırıb. Regionda cərəyan edən proseslərdən söz açan nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunaraq, münaqişənin beynəlxalq hüquq norma və prinsipləri əsasında və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının mümkünlüyünü qonağın diqqətinə çatdırıb. Görüş zamanı tərəflər Azərbaycan-ABŞ enerji əlaqələrinin cari vəziyyəti və inkişaf perspektivlərini müzakirə etmiş, həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında da fikir mübadiləsi aparıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA