Rusiya ilə Belarus arasında qaz problemi həll olundu

img

24-06-2010 [03:52]


Rusiyanın ?Qazpom? şirkəti Belarusun bu ölkəyə nəql olunan qaza görə borcunu ödədiyini təsdiqləyib və bu gündən başlayaraq artıq Rusiya Belarusa qaz nəqlini tam həcmində bərpa edəcək. Bununla bağlı Rusiya prezidenti Dmitri Medvedevlə ?Qazprom?un İdarə Heyətinin rəhbəri Aleksey Miller arasında telefon danışığı olub. Bu barədə jurnalistlərə prezidentin mətbuat katibi Natalya Timakova məlumat verib. Onun sözlərinə görə, Miller telefon danışığında dövlət başçısını Belarus tərəfinin tam olaraq müqaviləyə əsasən qaza görə borcunu ödədiyi barədə məlumatlandırıb: ?Bunun üçün də ?Qazprom? yenidən Belarusa qaz nəqlini tam həcmdə bərpa etmək barədə qərar qəbul edib?. Xatırladaq ki, bundan əvvəl Belarus tərəfi borcların ödənilməsini xəbər versə də, Rusiya tərəfi pulların hələ də onlara çatmadığını bildirmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA