Səfirdən dünyanı təəccübləndirən açıqlama: "Öldürülən dövlət başçısının qardaşı deyil, biz..."

img

20-02-2017 [14:37]


Koreya Xalq Demokratik Respublikasının (KXDR) Kuala Lumpurdakı səfiri Kan Çhol Şimali Koreya vətəndaşının qətli ilə bağlı Malayziya tərəfinin apardığı istintaqa inanmadıqlarını bildirib.

"Reuters xəbər verir ki, səfir Malayziyada qətlə yetirilən şəxsin KXDR dövlət başçısı Kim Çen Inın qardaşı olmadığını, mərhumun adının Kim Çhol olduğunu vurğulayıb.

"Hadisədən artıq yeddi gün keçib. Lakin hələ də ölüm səbəbləri barədə heç bir sübut təqdim edilməyib, biz Malayziya polisinə etibar edə bilmərik. Səfirlik qətlə yetirilən şəxsin kimliyini müəyyənləşdirib. Bu, KXDR vətəndaşı Kim Çholdur. Hər halda, onun pasportunda belə yazılıb", – səfir deyib.

Qeyd edək ki, bundan əvvəl Şimali Koreyanın Malayziyadakı səfiri KXDR dövlət başçısı Kim Çen Inın qardaşı Kim Çon Namın meyitinin yarılmasının nəticələrini qəti şəkildə qəbul etmədiklrini bildirib, eləcə də Kuala Lumpuru dərhal meyiti Şimali Koreya tərəfinə qaytarmağa çağırıb.

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA