Prezidentin qardaşı belə öldürüldü - VİDEO

img

20-02-2017 [12:53]


Bir neçə gün əvvəl Malayziyanın Kuala-Lumpur hava limanında sui-qəsdlə öldürülən KXDR lideri Kim Çen Inın ögey qardaşı Kim Çen Namın ölüm anı ilə bağlı video yayılıb.

Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, fevralın 14-də sui-qəsdə uğrayan  Koreya liderinin qardaşı hava limanında məhz bu qadın tərəfindən zəhərlənib.

Yeri gəlmişkən, dünya mediasında bu hadisənin Koreya liderinin özü tərəfindən təşkil edildiyi bildirilir. İddia olunur ki, Kim Çen ögey qardaşının onun postuna iddialı olmasından ehtiyatlanaraq, belə bir əməli həyata keçirtdirib...

Lakin videodan aydın görünən Siti Ayişah adlı qadın etdiyi hərəkəti bir zarafat sayıb: "Mən bunu bir zarafat olaraq elədim. Buna qədər də bir neçə dəfə belə zarafatlar etmişəm".

Mia.az həmin anın videosunu da təqdim edir:


 

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA