Cozef Danford Azərbaycandan Türkiyəyə gedəcək - Türkiyənin müdafiə naziri açıqladı

img

16-02-2017 [15:15]


ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danford sabah Türkiyəyə səfər edəcək.
 
Bu barədə Türkiyənin müdafiə naziri Fikri İşıq deyib.  O, ABŞ-ın Türkiyənin PKK terror təşkilatının Suriya qanadı olan YPD-nin silahlı qrupu YPQ ilə bağlı etirazlarını dəyərləndirəcəyini bildirib: "ABŞ Türkiyəyə PKK ilə mübarizədə daha çox yardım göstərəcək”(APA).
 
Qeyd edək k, Cozef Danford hazırda Bakıdadır. O, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeriy Gerasimov ilə görüş keçirmək üçün Azərbaycana gəlib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA