Türkiyə ordusu Əl-Babı İŞİD terrorçularından azad edib - Hulusi Akar açıqladı

img

16-02-2017 [12:02]


Türkiyə ordusunun Suriyada həyata keçirdiyi "Fərat qalxanı” əməliyyatı çərçivəsində Əl-Bab şəhəri İŞİD terrorçularından azad edilib.
 
APA-nın "Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar bildirib.
 
Əl-Bab İŞİD-in Suriyada Rakkadan sonra ikinci əsas mərkəzi olub. Türkiyə ordusunun dəstəklədiyi müxalif Azad Suriya Ordusu şəhərin azad edilməsi əməliyyatına keçən ilin dekabrında başlayıb. Bu şəhər PKK terror təşkilatının Suriya qolu PYD/YPG-nin Türkiyə sərhədi boyunca zolaq yaratmasının qarşısının alınması, İŞİD-in Türkiyə sərhədlərindən uzaqlaşdırılması baxımından böyük strateji əhəmiyyətə maik olub. Hazırda şəhərdə minalardan təmizləmə əməliyyatları aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA