“Krım Rusiyanındır və o heç vaxt sövdələşmə predmeti ola bilməz" - Rusiyadan Trampa cavab

img

15-02-2017 [11:15]


"Krım Rusiya ilə ABŞ arasında sövdələşmə predmeti ola bilməz".

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsinin rəhbəri Viktor Ozerov söyləyib.

O, Krımın geri qaytarılmasının mümkün olmayacağını bildirib:

"Krım Rusiyanındır və o heç vaxt sövdələşmə predmeti ola bilməz. Amerikanın Krımı geri qaytarmaq tələbi bizim ABŞ-dan Alyaskanı istəməyimizə bənzərdi. Hər ikisini icra etmək mümkünsüzdür”.

Qeyd edək ki, dünən Ağ Ev ABŞ Prezidenti Donald Trampın Krımın Ukraynaya qaytarılmasını istədiyini açıqlayıb. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA