"Sırada Münbiç və Rakka var" - Ərdoğandan yeni mesajlar

img

13-02-2017 [12:41]


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 12-də Körfəz ölkələrinə səfər öncəsi Atatürk hava limanında keçirdiyi brifinqdə Suriyanın Əl-Bab şəhərinin İŞİD-dən təmizləndiyini xəbər verib. 

Ərdoğan deyib ki, 6 aya yaxındır davam edən Fırat Qlxanı Əməliyyatı çərçivəsində Türkiyə əsgərləri Azad Suriya Ordusu ilə birlikdə ƏL-Babı dörd tərəfdən nəzarətə götürüblər və şəhərin mərkəzinə, strateji nöqtələrinə eniblər. 

"İŞİD qüvvələri Əl-Babı tamamilə tərk etmək üzrədi. Şəhərin tamamilə alınması an məsələsidir”, – deyə Ərdoğan qeyd edib.

Türkiyə prezidenti bildirib ki, Əl-Babı almaqla dayanmaq fikrində deyillər: "Əl-Bab son hədəfimiz deyil. Sırada Münbiç və Rakka var. Son hədəfimiz bölgənin İŞİD-dən təmizlənməsidir. İŞİD-in mərkəzi isə Əl-Bab deyil, Rakkadır”.

Ərdoğan Suriyada 4-5 min kv.km-lik təhlükəsiz zona yaratmaq planından danışıb. Deyib ki, bu mövzuda ABŞ prezidenti Trampla da müzakirə aparıb.

"Hədəf Suriyada 4-5 min kvadrat kilometrlik terrordan təmizlənmiş güvənli bölgə yaratmaqdır. Bununla həm Suriyadan köçün qarşısını ala, onlara yaşayış məskənləri təmin edə, həm də bizim düşərgələrdə yerləşən insanları öz torpaqlarına qayıtara bilərik” deyən Türkiyə prezidenti yaradılacaq təhlükəsiz zonada yeni qəsəbələr salmaq əzmində olduqlarını da əlavə edib. "Mən bu düşüncələrimi hörmətli Trampla və başda Almaniya olmaqla, koalisiya güclərilə də bölüşdüm”, – deyə Ərdoğan vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA