Türkmənistanda prezident seçkiləri başa çatdı - Nəticələr 7 günə açıqlanacaq

img

12-02-2017 [23:45]


Bu gün Türkmənistanda keçirilən prezident seçkilərində səsvermə başa çatıb.

Səsvermə yerli vaxtla saat 07.00 (saat 06.00) başlayıb, saat 19.00-da (Bakı vaxtı ilə 19.00) başa çatıb.

Türkmənistan Mərkəzi Seçki Komissiyası qarşıdakı 7 gün ərzində səsvermənin nəticələrini açıqlayacaq. Seçkidə seçicilərin yarıdan çoxunun səsini toplayan namizəd prezident seçiləcək.

Qeyd edək ki, hazırkı dövlət başçısı Qurbanqulu Berdıməhəmmədov daxil olmaqla, prezident postu uğrunda 8 namizəd mübarizə aparır. Seçkilərdə seçici fəallığı 97.27  faiz olub. 

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA