Rusların səhvən türk əsgərlərini bombardman etməsi - Komissiya yaradılmayacaq

img

09-02-2017 [23:17]


"Rusiya və Türkiyə Suriyadakı türk hərbçilərinə səhvən endirilmən zərbə ilə bağlı insidenti araşdırmaq üçün təhqiqat komissiyası yaratmayacaqlar, çünki məsələ tam aydındır”. 

Bu barədə "RİA Novosti”yə Ankaradakı yüksək çinli hərbi mənbə bildirib.   
 
"İnsidentdən dərhal sonra Rusiya tərəfi ilə müvafiq məsləhətləşmələr aparılıb. Aramızda koordinasiya mövcuddur, hazırda əlaqələndirməni daha güclü və səmərəli etmək üçün danışıqlar aparılır. Məlumatıma görə, faciə ilə bağlı hər hansı xüsusi komissiya yaratmaq planlaşdırılmır, çünki vəziyyət məlum və aydındır”, - deyə mənbə bildirib(APA).    
 
Qeyd edək ki, Rusiya təyyarəsinin Suriyada səhvən endirdiyi aviazərbə  nəticəsində 3 türk əsgəri ölüb, 11 nəfər yaralanıb.
 
Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarına Suriyada baş verən hadisə ilə əlaqədar başsağlığı verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA