İndi isə Rusiya azərbaycanlını ekstradisiya etdi - Ukraynaya

img

08-02-2017 [16:01]


Rusiya Ukraynada qətldə ittiham olunan azərbaycanlını bu ölkəyə ekstradisiya edib.

Mia.az apa-ya istinadən xəbər verir ki, tay boksu üzrə Avropa çempionu, odessalı idmançı Sergey Laşşenkonu öldürməkdə şübhəli bilinən 24 yaşlı Babək Dəmir oğlu Həsənov Odessaya göndərilib. O, barəsində məhkəmə hökmü çıxarılana qədər istintaq təcridxanasında saxlanılacaq.

B.Həsənov 2015-ci ilin aprelində xəstəxanada müalicə alan S.Laşşenkonu travmatik silahdan atəş açaraq qətlə yetirməkdə şübhəli bilinir. Rusiyaya qaçan B.Həsənov 2015-ci ilin oktyabrında Sankt-Peterburqda saxlanılıb. Bundan sonra onun Ukraynaya ekstradisiyası ilə bağlı prosedurlar başlayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA