Tramp 7 ölkəyə viza qadağasını qaldıran məhkəmə qərarını rədd etdi: "Bu, axmaqlıqdır, geri qaytaracağıq"

img

04-02-2017 [20:21]


Xəbər verdiyimiz kimi, ABŞ-ın Sietı şəhərində federal hakim prezident Donald Trampın 7 müsəlman ölkəsindən olan vətəndaşlara tətbiq etdiyi viza qadağasını müvəqqəti olaraq dayandırıb.  

Qərar yazılı olaraq Ədliyyə Nazirliyinə göndəriləndən sonra sonuncu instansiyadan qərar verilməsi gözlənilir. Ağ Evdən isə məlum qərara etiraz edilib.

Musavat.com xəbər verir ki, prezident Tramp da Tvitter mesajı ilə bu qərara etiraz edib və qadağanı geri qaytaracağını deyib: "Bu "sözdə hakimin” qənaəti ölkəmizin əlindən qanunu həyata keçirmə səlahiyyətini alır. Bu, böyük axmaqlıqdır. Qərarı geri çevirəcəyik”. 

Ölkənin Vaşinqton ştatının Sietl şəhərində çalışan hakim Ceyms Robart viza qadağasının ABŞ-da müvəqqəti olaraq dayandırılmasına qərar verib. Hakim Robartın yanvarın 27-də Trampın imzaladığı qərarnamə çərçivəsində viza qadağasını dayandıran qərarını şifahi olaraq verdiyi, qərarın yazılı variantının qısa müddət ərzində açıqlanacağı bildirilib. Keçmiş prezident Corc Buş dönəmində təyin edilən federal hakim Robartın yazılı qərarının Ədliyyə Nazirliyinə göndərilməsinin ardınca nazirliyin lazımi araşdırma aparacağı qeyd olunur. 

Məlum qərardan sonra Türkiyə də daxil olmaqla dünyanın bir çox ölkəsində aviaşirkətlər "qadağalı” sərnişinləri təkrarən ABŞ uçuşlarına qəbul etməyə başlayıb. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA