Lukaşenko nefti azaldan Putinə qəzəbləndi: "Siz bizim məmurlara yuxarıdan aşağı baxırsız..."

img

03-02-2017 [14:35]


Belarus hökuməti Rusiyanı məhkəməyə verib.

Bunu Belarus prezidenti Aleksandr Lukaşenko keçirdiyi brifinqdə deyib.

O bildirib ki, buna səbəb Rusiya neftinin Belarus ixracının azalmasıdır.

"Mübahisə yalnız qazla bağlı idi. Lakin onlar neft ixracını azaltdılar. Anlaşmalarımıza əsaslanaraq, məhkəməyə müraciət etdik”, - deyə, o, qeyd edib.

Lukaşenko mövcud durumun anormal adlandırıb: "Belarus Rusiya ilə bağladığı heç bir müqaviləni pozmayıb. Rusiya hakimiyyəti isə bəzən belaruslu məmurlara yuxarıdan aşağı baxır. Rusiya nefti olmadan da keçinə bilərik. Lakin bu, çətin olacaq”. 

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA