ABŞ Çini rəsmən müharibə ilə hədələdi: "Artıq burnumuzun dibinə soxulublar”

img

02-02-2017 [19:34]


ABŞ prezidenti Trampın baş müşaviri Stefan Bannon bir neçə il ərzində Çinlə müharibə edəcəklərini deyib.

Bannon 2016-ci ilin mart ayında özünə məxsus radioda açıqlama verən Bannon ABŞ və Çin arasında növbəti on il ərzində münaqişələrin qızışacağına dair proqnoz verib.

"Qarşıdakı 5-10 il ərzində Cənubi Çin dənizində müharibə edəcəyik. Heç şübhəsiz ki, bu müharibə baş tutacaq. Çin sahil zolaqlarında istehkam qurub , döyüş gəmiləri saxlayır və bu gəmilər raketlərlə təchiz olunub. Artıq burnumuzun dibinə soxulublar”, - deyə, Bannon qeyd edib.

Qeyd edək ki, Trampın seçki kampaniyası Çini hədəf alan bir ritorika üzərində qurulmuşdu.

May ayında İndiana ştatında keçirdiyi mitinqdə Trampın, Çin ilə ABŞ arasındakı əlaqələri "cinsi istismar” kimi təsvir etməsi mübahisələrə səbəb olmuşdu.Trump bu mitinqdə "Çinin ölkəmizə təcavüz etməsinə imkan verməyəcəyik” demişdi.

Çinlə müharibə tərəfdarı olan Bannon, ötən həftə sonu Tramp tərəfindən Milli Təhlükəsizlik Şurasının daimi üzvü təyin edilib. 

Avropa.info

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA