Nazarbayev Qarabağla bağlı "qollarını çırmalayır" - Deputatdan açıqlama

img

01-02-2017 [16:32]


Qazaxıstan prezidenti Nursultan Nazarbayev Qarabağ probleminin nizama salınması üzrə yeni təşəbbüslər hazırlayacaq. 

Mia.az xəbər verir ki, bunu virtualaz.org-un hazırda Astanada olan müxbiri Zaur Rəsulzadə ilə söhbətində Qazaxıstan parlamentinin deputatı Axan Bijanov deyib.

"Qazaxıstan Qarabağ münaqişəsinin həllində öz vasitəçilik fəaliyyətini gücləndirmək niyyətindədir. Bu problemin mövcudluğu Astananı narahat edir və onun həm Ermənistanla, həm də Azərbaycanla münasibətlərdə diplomatik sahəsini daraldır.

Azərbaycan — bizim qardaş ölkəmizdir, Ermənistanla isə biz inteqrasiya layihələri çərçivəsində partnyoruq. Buna görə də Qazaxıstan Qarabağ probleminin həllində kömək etməyə çalışacaq", - deyə A.Bijanov vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA