Türkiyədə seçki nə vaxt olacaq? - Ərdoğanın müşaviri tarixi bəyan etdi

img

31-01-2017 [16:59]


Türkiyədə konstitusiya dəyişikliyi ilə bağlı referendumun aprel ayında keçirilməsi planlaşdırılır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri İlnur Çevik ümumxalq səsverməsinin böyük ehtimalla aprelin 9-də keçiriləcəyini deyib.

İ.Çevik əlavə edib ki, Türkiyədə konsiitusiyaya dəyişikliklərlə bağlı proses Milliyətçi Xalq Partiyasının lideri Dövlət Baxçalının dəstəyi ilə başlayıb:

"Bu məsələ dəfələrlə gündəmə gətirilmişdi, amma artıq gündəmdə deyildi. Ta ki, MHP lideri Dövlət Baxçalı məsələni gündəmə gətirdi və o gündən iş rəfdən endirildi. Ədalət və İnkişaf partiyası MHP ilə bu işi birgə gördü və cənab Baxçalının istəyi ilə dəyişiklik ediləcək maddələrin sayı 21-dən 18-ə endirildi”.

lent.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA