Əsədi cangüdəni öldürüb? - Suriya hökuməti və xarici nəşrlərdən yeni iddialar

img

31-01-2017 [09:50]


Son günlər Suriya prezidenti Bəşər Əsədin heç bir siyasi bəyanat verməməsi onun ciddi xəstəlik keçirməsi barədə şayiələr doğurub. 

İddialardan biri dövlət başçısının insult keçirməsidir.

Bir çox müxalif KİV-lər isə prezidentin öz şəxsi iranlı cangüdəni Mehdi Yaqubi tərəfindən başından vurularaq öldürülməsi və beynindəki şişdən əziyyət çəkdiyi barədə məlumat yayırlar.

Suriya hökuməti bütün bu iddiaları inkar etmək məcburiyyətində qalıb.

Mia.az xəbər verir ki, yanvarın 30-da SANA dövlət xəbər agentliyi Bəşər Əsədin Venesuela prezidenti Nikolas Maduro ilə telefon danışığının baş tutması barədə məlumat yayıb.

 Məlumatda deyilir ki, iki ölkə prezidenti öz ölkələrindəki vəziyyəti müzakirə edib və bir-birinə qarşılıqlı dəstək bildiriblər.

"Daily Sabah" ərəb nəşri isə yazır ki, Suriya prerzidenti Bəşər Əsədi işemik iflicə görə xəstəxanaya yerləşdiriblər.

 Bununla yanaşı, şayiələr yayılıb ki, Suriya diktatorunun həyatına sui-qəsd edilib.

Mia.az  xəbər verir ki, "Əl-Cəzirə telekanalınınn məşhur aparıcısı Feysəl əl-Qasim Twitter-ində yazıb ki, "Əsəd yatağa düşüb və komada deyil”.

Məlumatı Livanın "əl-Mustəqbəl” qəzeti təsdiqləyib. 

Daha bir nəşr – "Saudi Asharq al-Awsat” qəzeti də Əsədin xəstəxanaya yerləşdirilməyi haqda oxuculara məlumat verib.

Prezident Əsədin təmsilçiləri isə məlumatı təkzib edərək onun sağlamlığında problem olmadığını bildiriblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA