Separatçılar Ukrayna ordusunun üzərinə hücuma keçdi, ölən və yaralananlar var

img

29-01-2017 [23:29]


Donbasda Avdeyevka şəhəri yaxınlığında Ukrayna hərbçiləri ilə separatçılar arasında şiddətli döyüş baş verib.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna müdafiə nazirliyinin nümayəndəsi Aleksandr Motuzyanik bildirib.

Onun sözlərinə görə, bu gün səhər saatlarında separatçılar Avdeyevka şəhəri yaxınlığında Ukrayna ordusunun mövqelərini atəşə tutduqdan sonra hücuma keçiblər. 

Hücumun dəf edildiyini qeyd edən A.Motuzyanik bildirib ki, baş verən toqquşmalarda 3 Ukrayna hərbçisi həlak olub, 1-i yaralanıb.

"AFP” agentliyinin məlumatına görə, separatçılar döyüşdə 1 nəfər itirib, daha bir nəfərin yaralandığı bildirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA