"Dəhşətli qarışıqlıq var!” - Tramp

img

29-01-2017 [19:06]


ABŞ prezidenti Donald Tramp ABŞ-ın hazırda möhkəm sərhədlərə ehtiyacı olduğunu bəyan edib.
 
Bunu Tramp "Twitter” sosial şəbəkəsindəki səhifəsində yazıb.
 
D. Tramp yazıb ki, ABŞ-a möhkəm sərhədlər və hərtərəfli yoxlama lazımdır: "Baxın, Avropada, bütün dünyada nə baş verir? Dəhşətli qarışıqlıq var!”. (APA).
 
Xatırladaq ki, cümə günü D. Tramp İraq, İran, Suriya, Sudan, Yəmən. Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə fərman imzalayıb. Bundan əlavə, D. Tramp qaçqınların ABŞ-da yerləşdirilməsi barədə proqramı 120 gün müddətində dayandırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA