"O gecə Çiprasa zəng etdim, söz verdi ki, 15-20 günə bu işi həll edəcək, ancaq..." - Ərdoğan

img

27-01-2017 [21:59]


"O gecə Çiprasa zəng etdim, 15-20 gün ərzində bu işi həll edəcəklərini bildirdi".

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 15 iyul gecəsi Yunanıstana qaçan çevrilişçilərlə bağlı bu ölkənin qərarına münasibətində bildirib.

"Yunanıstan 8 əsgəri hələ də bizə təhvil vermir. Mən hələ ilk gecə zəng etdim. Söz verdi ki, 15-20 gün ərzində bu məsələni həll edəcək. Bunlar Türkiyədə terror aktı törədiblər, burada mühakimə olunmaları lazımdır. Ekstradisiya prosesindəki yubanma onlara olan etimadın sarsılmasına səbəb olur", - Ərdoğan söyləyib(Axar.az).

Qeyd edək ki, Yunanıstan məhkəməsi 15 iyul dövlət çevrilişinə cəhddə iştirak etmiş 8 hərbçi ilə bağlı Türkiyənin ekstradisiya tələbini rədd edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA