İŞİD Türkiyə ordusunu atəşə tutdu, 1 şəhid, 5 yaralı var - Qisas əməliyyatı başladı

img

25-01-2017 [21:31]


Suriyada Türkiyənin daha 1 hərbçisi şəhid olub, 5-i yaralanıb.

"Report” "Hürriyet"ə istinadən xəbər verir ki, İŞİD terror qruplaşmasının üzvləri Əl-Bab şəhərində Türkiyə hərbçilərinin yerləşdiyi ərazini minaatanlardan atəşə tutub. 

Türkiyə Silahlı Qüvvələri bu hücumdan sonra İŞİD-in mövqelərinə havadan və qurudan raket zərbələri endirib. 

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi "Fırat kalkanı” əməliyyatı bu il avqustun 24–də başlayıb. Ötən müddət ərzində Suriyada keçirilən anti-terror əməliyyat nəticəsində Türkiyənin 41 hərbçisi şəhid olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA