Rusiya, Türkiyə və İran birgə əməliyyat qrupu yaradır - Rəsmi Moskvadan açıqlama

img

24-01-2017 [21:53]


Rusiya, Türkiyə və İran fevralda Astanada fəaliyyətə başlayacaq birgə əməliyyat qrupunun yaradılmasına dair razılığa gəliblər.

Bu barədə Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev bildirib.

"Bu qrupun vəzifəsi atəşkəs rejiminə əməl olunmasına nəzarət və hər-hansı pozuntuya yol verilməməsi kimi məsələləri əhatə edəcək”, – deyə, o, jurnalistlərə bildirib.

Lavrentyevin sözlərinə görə, "zərurət yarandıqda, əməliyyat qrupunun işinə həm Suriya Silahlı Qüvvələrinin, həm də silahlı müxalifətin nümayəndələri cəlb olunacaqlar”.   

"Düşünürəm ki, bu atəşkəs rejiminin möhkəmləndirilməsinə yardım edəcək”, – deyə Lavrentyev  qeyd edib. 

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA