Obama Qəzzə bölgəsinin israil tərəfindən blokadaya alınmasına qarzı çıxdı

img

04-06-2010 [04:17]


ABŞ Prezidenti Barak Obama Qəzzə bölgəsinin İsrail tərəfindən blokadaya alınmasına qarşı olduğunu bildirib. Onun sözlərinə görə, bu, region sakinlərinə iqtisadi imkanlardan istifadə etməyə mane olur. Barak Obama ?Azadlıq donanması? ilə bağlı hadisənin ?faciəli vəziyyət? adlandırmışdır. Bununla belə o, İsrailin HƏMAS hərəkatının fəaliyyəti ilə əlaqədar narahatlığının əsaslı olduğunu qeyd edib. Onun fikrincə, bu vəziyyətdən düzgün nəticə çıxarmaq və Fələstin-İsrail sülh danışıqlarının keçirilməsində əlavə stimul kimi istifadə etmək vacibdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA