Türkiyə israildəki səfirini geri çağırdı

img

31-05-2010 [04:31]


Türkiyə baş nazirinin müavini və dövlət naziri Bülənd Arınç İsrailin Qəzzaya göndərilən gəmilərə hücumu ilə bağlı açıqlama verib. B.Arınç Türkiyənin İsraildəki səfirinin geri çağırıldığını bildirib. O, həmçinin İsraillə bağlı 3 hərbi təlimin də təxirə salındığını elan edib. B.Arınç qeyd edib ki, xarici işlər naziri Əhməd Davudoğlu baş vermiş hadisə ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini tələb edib. "Hücumu gizlədən, məlumat alınmasına maneə yaradan İsrail dünyanı doğru məlumatlandırmalıdır. Bu hücumun cavabsız qalmayacağı, Türkiyədən lazımi cavabı alacağı şübhəsizdir. Bundan sonra atılacaq addımlar diqqətlə müzakirə ediləcək", deyə B Arınç qeyd edib. "Bir dəfə daha deyirik. İsrail Qəzzaya humanitar yardımın göndərilməsinə maneə yaratmamalıdır", deyə o əlavə edib. Türkiyə baş nazirinin müavini İsrailin beynəlxalq sularda törətdiyi hərəkətin quldurluğa bərabər olduğunu deyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA