Rusiya Ukrayanadan ordusunu çıxarır? - Nazir müavinindən açıqlama

img

23-01-2017 [13:30]


Rusiya orduları mərhələli şəkildə Donbasdan çıxmağa başlayıb.

Axar.az xəbər verir ki, bunu "112 Ukraina” televiziyasına açıqlamasında Ukrayna Daxili İşlər nazirinin müşaviri İlya Kiva söyləyib.

"Rusiya qismən öz ordularını geri çəkməyə başlayıb. Artıq hərəkət var. Lakin Moskva sistemi elə qurub ki, Ukrayna ordusu hücuma keçməyə başlayan kimi dərhal burada qoşunlarını artıra biləcək. Qoşunların Donbasdan Rusiyaya çəkilməsi Kremlin bu ərazilərdə nəzarəti zəiflətməsi deməkdir”, – deyə, o, bildirib.

Qeyd edək ki, Donbas konflikti 2014-cü ildə Rusiyanın dəstəyi ilə başlayıb. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA