18-01-2017 [15:37]
Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə polis əməkdaşı olmuş Neman Kərimov zərərçəkmiş qismində ifadə verib.
O, Akif Çovdarovu gördüyünü deyib.
Vəkillər isə onun istintaq zamanı ifadəsinin elan edilməsini istəyiblər. Bildiriblər ki, N. Kərimov istintaq zamanı ifadəsində Akif Çovdarovu görmədiyini deyib.
İstintaq ifadəsində göstərilib ki, "2009-cu ildə dayısı oğlu Mövsümov Elvin Zakir oğlu və 2 qız tanışı ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən «Elit» otelinə gedib. Ertəsi gün Elvinlə qaldığı otelin qapısı döyülüb, qapını açan zaman isə bir neçə nəfər şəxs otağa daxil olub. Onlardan uzunboylu, idmançı bədən quruluşlu olanı cibindən vəsiqə çıxarıb Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı olduğunu bildirib, Onların nazirliyə getməli olduqlarını deyib. Həmin şəxsin adının Vüqar, soyadının isə Muxtarov olduğunu vəsiqədən oxuyub.
Nazirlikdə Elçin Çıraqov və Səlim Məmmədovu görən kimi tanıyıb. Elçin Çıraqovla Nərimanov rayon Polis İdarəsində işləyərkən tanış olub. MTN-nin Nərimanov rayon idarəsi və Nərimanov RPİ-i eyni binada yerləşdiyi üçün Elçin Çıraqovla tez-tez qarşılaşıb görüşüb. Səlim Məmmədovla isə təxminən 2006-cı ildə Elçinin oğlunun ad günü mərasimində Nərimanov rayonunda yerləşən «Şəki» restoranında iştirak edərkən tanış olub. Səlim ona «Elşad Abdullayevlə yaman konfliktə girmisən, sənin ona dişin batmaz» deyib. Səlimdən bu sözün mənasını soruşub, lakin o gülərək «mənim sənə ürəyim yanır deyə səni xəbərdar etdim» deyib.
Bundan sonra, Səlim ona «barəndə Sevinc Məmmədovanın şikayət ərizəsi var, ondan 30.000 manat borc pul almısan, qaytarmamısan» deyib. Sevinc Məmmədova ABU-da təhsil alıb. Sevinc Məmmədovanı sabiq Binəqədi rayon prokuroru Mirələkbər Seyidovun vasitəsilə tanıyıb.
Sevinc Mirələkbər Seyidovun işlədiyi rayonda yaşayıb və onunla da münasibəti olub. Sevinci Mirələkbər Seyidovla Elşad Abdullayevin özü tanış edib. Elçin Çıraqovla Sevincin tanış olmalarına da şərait yaradıb.
Bundan sonra Sevinc və Elçinlə dəfələrlə bir masada oturublar. Elçin sonradan Sevinci həmkarı olan Səlim Məmmədovla tanış edib. Həqiqətən də Sevincdən borc olaraq 30.000 manat pul alıb. Həmin pulu Sevincdən nə səbəbə borc aldığını isə hazırda xatırlamır. 2009-cu ilin iyun-iyul aylarında sabiq Binəqədi rayon prokuroru Mirələkbər Seyidov onu otağına çağırıb. Həmin vaxt orada Sevinc Məmmədovanı görüb. Sevinc onun barəsində şifahi şikayət edib.
Mirələkbər Seyidov isə öz otağında onun yanında Sevincə 10.000 manat verib ki, ondan şikayət etməsin. Belə olan halda isə Sevincə cəmi 20000 manat borcu qalıb.
Milli Təhlükəsizlik Nazirliyində Səlim Məmmədov «Sevinc səndən şikayət edib ki, sən ondan 30.000 manat borc pul almısan» deyib. Bundan sonra Səlim belindən «Makarov» tipli silahı çıxarıb ona verib və «bir dəqiqə bunu saxla» deyib. Lakin əlini silaha vurmayıb. Daha sonra Səlim Məmmədov sidiyini test edib.
Səlim və Elçin ona «250.000 manat pul verməsən, səni silahla, narkotiklə yükləyib, özünü həbs edib «podval»a göndərəcəyik» deyiblər. Bir qədər sonra Sevinci otağa gətiriblər və sonuncu onun üzünə qarşı 30.000 manat pulu borc aldığını təsdiq edib. Səlim və Elçin uzun alverdən sonra 80.000 manata razılaşaraq «30.000 manat Sevincə verəcəksən, 50.000 manat pulu isə bizə verməlisən» deyiblər. Başqa çıxış yolu olmadığını görüb öz telefonlarının birindən dayısı Zakir Mövsümova zəng edib.
Beləliklə dayısı Zakir 80.000 manat pulu həmin yerə gətirib və pulu Səlim Məmmədov və Elçin Çıraqova verib. Bundan sonra sərbəst buraxılıblar".
Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesə jurnalistlər buraxılmayıb.
A. Çovdarovun vəkili Kamandar Nəsibov jurnalistlərə deyib ki, ötən iclasda KİV nümayəndələrinin iclasda iştirakına dair vəsatət qaldırıblar. Hakim bu gün keçirilən iclasda jurnalistlərin iştirakının təmin ediləcəyini deyib. Lakin bu gün jurnalistlərin iştirakına icazə verilməyib.
Hakim Həbib Həsənov vəkillərə KİV nümayəndələrinin iştirakı ilə bağlı qadağa qoymadığını deyib. Lakin polis əməkdaşları jurnalistlərə bununla bağlı hakimin göstərişi olduğunu deyib və zala daxil olmalarına icazə verməyib.
Akif Çovdarov da məsələyə etiraz edib. Bildirib ki, iclas barədə qərəzli yazan bir jurnalist zala buraxılır. O, həmin şəxsin kim olduğunu da hakimlərə deyib. Həmin şəxs isə iclasda zərərçəkmiş şəxsin nümayəndəsi kimi iştirak etdiyini deyib.
APA
"Kişidən fərqli olaraq, qadını məşhur etmək daha asandır, amma..." - "Mahir Emreli məni ata kimi rədd etməyib"
"Axios": "ABŞ İrana xüsusi təyinatlıları cəlb edə bilər"
TRAMP İRANI PARÇALANMAQLA HƏDƏLƏDİ, İNGİLTƏRƏYƏ "BARMAQ SİLKƏLƏDİ": "Baş nazir, eşit, bizə artıq bunlar lazım deyil, amma..."
İran İraqın Ərbil şəhərinə çoxsaylı zərbə endirib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
"Beşiktaş" 10 nəfər qalan "Qalatasaray"a "boyun əydi"
Dövlət Departamentinin İranın Naxçıvana dron hücumu barədə bəyanatı... - Rəsmi Bakıdan reakiya
Prezident İlham Əliyev xanımları bir daha təbrik edib - FOTO
Baş nazir Prezident İlham Əliyevə zəng edib: "Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır"
8 Mart – Beynəlxalq Qadınlar Günü haqqında 10 maraqlı fakt
AZƏRBAYCAN QADINI - Qulu AĞSƏS YAZIR
Xarici İşlər Nazirliyi məlumat yayıb
Trampdan İran prezidentinin üzrünə reaksiya: "Minilliklər ərzində ilk dəfədir ki, İran Yaxın Şərq ölkələrinə uduzur"
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı