“Milliyet”: “Terrorçu Türkiyəyə gəlməzdən öncə İranda həbs edilib” - Müəmma

img

18-01-2017 [12:15]


Yeni il ərəfəsi İstanbulun "Reina” gecə klubunda qətliam törədən Əbdülkadir Maşaripov Türkiyəyə gəlməzdən əvvəl İranda həbs olunub.

Mia.az xəbər verir ki, bu məlumat Türkiyənin gündəlik "Milliyet” qəzetində dərc edilib.

Nəşrin yazdığına əsasən, İrandan qaça bilmiş Ə.Maşaripov Ağrıdan Türkiyəyə daxil olub.

Türkiyə və İran KİV-ləri terrorçunun İranda niyə həbs edildiyinə dair heç bir məlumat verməyib, onun həbsdən necə xilas olduğu da müəmmalıdır.

Xatırladaq ki, Ə.Maşaripov İŞİD-lə əməkdaşlıq etməsini və Əfqanıstanda hərbi təlim aldığını etiraf edib. Terrorçu xanımı və uşaqları ilə bir müddət Konyada qaldıqdan sonra dekabrın 16-da İstanbula gəlib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA