Tramp dollardan danışdı, məzənnə sürətlə endi

img

17-01-2017 [20:25]


ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bildirib ki, hazırda dolların məzənnəsi şişirdilib.

"Hazırda dolların məzənnəsi şişirdilib, bunun əsas səbəblərindən biri də Çinin öz milli valyutasının məzənnəsinin aşağı səviyyədə saxlanılmasına yönəlmiş addımlarıdır", – deyə yeni seçilmiş prezident qeyd edib.

Prezidentin bu açıqlamasından sonra dollar əksər valyutalara nisbətən ucuzlaşı, avronun məzənnəsi 1,0697 dollar səviyyəsinədək yüksəlib. Halbuki ötən ticarət sessiyasında avronun məzənnəsi 1,0601 dollar idi.

Bununla yanaşı, ötən həftə 114,2 yen səviyyəsində olan dollar hazırda 113,48 yenə çatıb.

İngilis funtu isə bun gün sürətlə bahalaşıb. Böyük Britaniyanın baş naziri Tereza Meyin açıqlamalarından sonra funt dollara nisbətən 2,4%, avroya nisbətən isə 1,5% möhkəmlənib.

Baş nazir deyib ki, "Brexit"lə bağlı yekun prosedur parlamentin razılığını alacaq. Bununla yanaşı, T. Mey qeyd edib ki, Böyük Britaniya Avropa İttifaqının (Aİ) əsas tərəfdaşı olmaq niyyətindədir. Xanım siyasətçi əlavə edib ki, krallıq Aİ-nin Gömrük Şurası ilə yeni sazişin imzalanmasında maraqlıdır.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA