"ABŞ xüsusi xidmət orqanları diplomatımızı öz tərəflərinə çəkməyə cəhd edib" - Lavrov

img

17-01-2017 [15:24]


"2016-cı ilin aprel ayında ABŞ xüsusi xidmət orqanlarının əməkdaşları Rusiyanın bu ölkədəki səfirinin müşavirini öz tərəflərinə çəkməyə cəhd edib.

"Report” xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2016-cı ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, səfirin müşavirindən savayı, başqa rusiyalı diplomatın "ələ keçirilməsinə” cəhd olub: "Diplomatımızın yoxluğunda onun avtomobilinə 10 min dollar pul və əməkdaşlıq təklifi olan kağız qoyulub. Pulu öz hesabımıza keçirdik, indi həmin pul Rusiya dövlətinin xeyrinə işləyir”.

Rusiya XİN başçısı qeyd edib ki, istirahət günlərinin birində Vaşinqtondakı hərbi attaşenin əməkdaşları xanımları ilə birlikdə restoranında nahar edən zaman FTB əməkdaşları onları saxlayıb, qandallayıb, sorğu-suala tutub, səfirliklə əlaqə yaratmalarına imkan verməyib.

"Sonda, əlbəttə ki, yoldaşlarımızı onların əlindən aldıq, amma bizdən üzr istəyən belə olmadı”, – S.Lavrov bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA